Accessibility links

Azərbaycanla Türkiyə arasında hökumətlərarası sazişlər ratifikasiya edilib


Supporters of Afghan presidential candidate Abdullah Abdullah arrive for an election gathering in Charikar. Afghanistan's April 5 election is the third presidential poll since the fall of the Taliban with 11 candidates contesting the polls.
Supporters of Afghan presidential candidate Abdullah Abdullah arrive for an election gathering in Charikar. Afghanistan's April 5 election is the third presidential poll since the fall of the Taliban with 11 candidates contesting the polls.

Parlament Azərbaycanla Türkiyə arasında TANAP, təbii qazın satışı, qaz kəmərinin çəkilişinə dair hökumətlərarası sazişləri təsdiq edib

Milli Məclis Azərbaycanla Türkiyə arasında Transanadolu qaz kəməri sistemi (TANAP), təbii qazın satışı, qaz kəmərinin çəkilişinə dair hökumətlərarası sazişləri ratifikasiya edib.

Parlamentin sədr müavini Valeh Ələsgərovun sözlərinə görə, Azərbaycan 7 boru kəməri ilə müxtəlif istiqamətlərdə dünya bazarına karbohidrogen ehtiyatları nəql edir.

TANAP boru kəmərini Dövlət Neft Şirkətinin və onun partnyorlarının yeni məhsulu hesab etmək olmaz. Bu, əvvəlki boru kəmərinin davamı olacaq və onunla Türkiyə ilə sərhədə ildə 6 mlrd. kubmetr mavi yanacaq nəql olunur.

Azərbaycan və Gürcüstan ərazisində tikinti nəzərdə tutulmayıb. Kəmərin çəkilişi Türkiyə ərazisində olacaq. Avropa İttifaqı ilə sərhəddə doğru əlavə 10 mlrd. kubmetrin vurulması üçün yeni kompressorlar quraşdırılacaq. Qaz hasilatının genişləndirilməsi ilə əlaqədar nəql imkanları da artırılacaq. Tariflər, korporativ və gömrük vergiləri, həmçinin iştirakçılar üçün güzəştlər əvvəlki kimi olacaq.

Şirkətin mülkiyyəti toxunulmazdır, yalnız maliyyə xərclərinin tam kompensasiyası ilə beynəlxalq qanunvericilik çərçivəsində ekspropriasiyaya yol verilir”, - vitse-spiker bildirib.

Avropanın enerji təhlükəsizliyi layihəsi çoxsaylı siyasi maneələrlə üzləşir. Odur ki, Azərbaycan hökuməti yalnız biznes maraqlarını nəzərə almayıb, həm də çoxsaylı digər amilləri nəzərə alıb.

Bu il iyunun 26-da iki ölkə arasında Transanadolu qaz kəməri layihəsinin reallaşmasına dair hökumətlərarası saziş imzalanıb. Sazişə əsasən 80% iştirak payı Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG