Accessibility links

TANAP-ın tikintisinə Dünya Bankı və Avropa İnvestisiya Bankı vəsait ayıracaq


TANAP

TANAP

Xəzər hövzəsindən Türkiyə vasitəsilə Avropaya təbii qaz nəqlini təmin edəcək TANAP boru kəmərinin tikintisi üçün Dünya Bankı 1 mlrd. dollar, Avropa İnvestisiya Bankı (AİB) isə 1 mlrd. avro ayıracaq, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır.

Layihədə 58% SOCAR dövlət neft şirkətinin, 12% Türkiyənin BOTAŞ şirkətinin və 12% BP-nin payı var. Səhmdarlar layihəni öz pay iştiraklarına uyğun olaraq maliyyələşdirməlidirlər. Türkiyənin BOTAŞ şirkətinin payı 3 mlrd. dollar təşkil edir. Bu vəsaitin mənimsənilməsi üçün Türkiyə şirkəti Dünya Bankından 1 mlrd. dollar, Avropa İnvestisiya Bankından isə 1 mlrd. avro borc alıb.

TANAP-ın ümumi dəyəri 10 mlrd. dollar dəyərləndirilir. TANAP-ın 2018-ci ildə təhvil veriləcəyi gözlənilir. TAP boru kəməri (Yunanıstan-Albaniya-İtaliya) tikildikdən sonra 2020-ci ildə qaz Avropaya nəql olunacaq.

XS
SM
MD
LG