Accessibility links

Rusiya Azərbaycanın neft daşıyan tankerini saxlayıb


Tanker

Tankerdə neft olub, sənədlərdə mazut

Bu il iyulun 31-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə idarəsi Xəzər akvatoriyasında sərhəd gəmilərinin saxlanması zamanı Azərbaycan bayrağı altında qaçaqmalçılıqla neft daşıyan “Naftalan” tankerini saxlayıblar.

Gəmi Mahaçqala limanından Azərbaycanın “Səngəçal” limanına gedirmiş və Azərbaycan Dövlət Xəzər Gəmiçilik Şirkətinə məxsus olub.

Gömrük sənədlərinə əsasən tankerin bortunda 4,5 min ton həcmində odluq mazut olub. Lakin tankerin kapitanının təqdimetdiyi sənədlərə, həmçinin laborator analizin nəticələrinə görə, bortda az sulfidli neft olub.

Sözügedən neft Xəzərin Həştərxan şelfində “Lukoy” NŞ ASC hasil edilib və Bakı-Novorossiysk magistral neft kəmərinin nəqli üçün nəzərdə tutulub. Neftin orta bazar dəyərinin qiyməti 45 mln. rubl təşkil edir.

Avqustun 4-də fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 226.1 maddəsi ilə (Strateji resursların qaçaqmalçılığı” cinayət işi qaldırılıb.

Hazırda “Naftalan” tankeri Mahaçqala limanında saxlanılır. Tankerin kapitanının və onun köməkçisinin barəsində həbs qətimkan tədbiri və gəminin həbsi ilə bağlı qərar həll olunur.

Xəzər gəmiçiliyinin mətbuat xidmətindən faktı şərh etməyiblər.

Bununla yanaşı Turan agentliyi məlumatlı mənbələrə istinadən bildirir ki, əgər söhbət kriminaldan gedirsə, bu, daşınma xərclərinin aşağı salınmasına cəhddən ibarət ola bilər, belə ki, mazutun nəqli neftdən ucuzdur.

Lakin bu cür fırıldaqçılıq hər iki tərəfin iştirakı ilə mümkündür. Yəni, əgər söhbət neftin oğulanmasından gedirsə, artıq onu hasilat zamanı oğurlayıblar və Bakı-Novorossiysk boru kəməri vasitəsilə realizə etməyə çalışıblar.
XS
SM
MD
LG