Accessibility links

Psixoloqlar tanımadığınız “Facebook dostları” deyil, əsl dostlarınızla təmasda olmağı məsləhət görürlər (Video)


Psixoloqlar tanımadığınız “Facebook dostları” deyil, əsl dostlarınızla təmasda olmağı məsləhət görürlər (Video)

Psixoloqlar tanımadığınız “Facebook dostları” deyil, əsl dostlarınızla təmasda olmağı məsləhət görürlər (Video)

Son illər aparılan araşdırmaların nəticələri sosial-mediadan istifadə edənlərin etməyənlərdən daha az xoşbəxt olduğunu göstərib

Son illər aparılan araşdırmaların nəticələri sosial-mediadan istifadə edənlərin etməyənlərdən daha az xoşbəxt olduğunu göstərib. Virciniya ştatındakı Corc Meyson universitetinin tələbələri də olmaqla, Birləşmiş Ştatlarda hər bir gəncdən “sənin Facebook-da neçə dostun var” sualına təxminən belə cavab alacaqsan. “Sözün düzü, mən heç yoxlamamışam, yəqin ki, 350-400 nəfər olar”, və ya “Mən demək olar ki, vaxtımın çox hissəsini Facebook-da keçirirəm, tanışlarımı tapıram”, yaxud da “Mən Facebook-dan aktiv istifadə edirəm və çox şey gözləyirəm. Gündə bir neçə dəfə yoxlayıram.”

Yuta ştatının Orem şəhərindəki Yuta universitetinin məqsədi Facebook-dan istifadə edənlərin digərləri barədə fikirlərini öyrənmək idi. 425 tələbədən Facebook-dakı tanışlarının nə dərəcədə xoşbəxt və ya bədbəxt olduqları soruşulub, bundan sonra isə hər tələbənin həftə ərzində Facebook-a sərf etdiyi vaxt müəyyən edilib.

Psixoloq Tod Kaşdan Corc Meyson universitetində xoşbəxtlik və nailiyyət məsələlərini araşdırır. “Onlar digərlərinin nailiyyətini öyrənəndən sonra özləri ilə müqayisə edir və özlərini alçalmış hiss edirlər. Onlar özlərini gunahladıraraq, digərlərinin həyatının daha maraqlı olduğunu deyirlər.” - deyə, o bildirir.

Yuta araşdırmalarının müəllifləri hesab edir ki, bu, “yazışma qərəzi” adlandırılan psixoloji bir vəziyyətdir. Bu, real nəticələri nəzərə almadan o şəxsin hazırda nə düşündüyü üzərində qərar verməkdir.

Facebook-a diqqət yetirdikdə, istifadəçilərin yalnız səhifədə həyatlarındakı müsbət hadisələrlə bölüşdüklərini görürük. Heç kim özü haqda neqativ məsələni bölüşmür.

Tələbə Nikol Mey: “Mən insanlarda elə təsəvvür yaradıram ki, həyatım tam qaydasındadır, yalnış bir şey yoxdur. Əslində isə bu yalandır. Elə bil mənim əvəzimə başqa adam danışır.”

“Mən insanların Facebook-da öz barələrində yalnış məlumat verdiklərini bilirəm. Mən insanların həyatlarındakı gerçəkliyi yox, özləri haqda yüksək fikirlər yaratmaq idtədiklərini düşünürəm. “- deyə, digər tələbə bildirir.

Psixoloqlar Facebook və digər sosial medianın dünyada insanlar arasında ünsiyyət yaratdığını desələr də, xəbərdarlıq da edirlər. Onlar Facebook-da tanımadığınız “Facebook dostları” deyil, əsl dostlarınızla təmasda olmağı məsləhət görür.

XS
SM
MD
LG