Accessibility links

Tanınmış fransız aktyoru Jerar Depardye Bakıdadır


Tanınmış fransız aktyoru Jerar Depardye Bakıdadır
Tanınmış fransız aktyoru Jerar Depardye Bakıdadır

Jerar Depardye Azərbaycanda birgə kinostudiya yaradılması məsələsini müzakirə edib

Tanınmış fransız aktyoru Jerar Depardye Bakıya dördgünlük səfərə gəlib. Səfərdə məqsəd Mstislav Rostropoviç adına IV Beynəlxalq Festivalda iştirak etməkdir.
Bu gün Depardye Azərbaycan Dövlət Opera və Balet Teatrında Qalina Vişnevskayanın Vokal Mərkəzinin solistlərinin ifasında J.Bizenin “Karmen” operası başlamazdan əvvəl tamaşaçılar qarşısında çıxış edib.

Tanınmış aktyor prezident İlham Əliyev tərəfindən qəbul edilib.

Prezidentin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycanda kinematoqrafiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Jerar Depardye isə bildirib ki, prezidentlə görüşdə Azərbaycanda birgə kinostudiya yaradılması məsələsinə toxunulub. Bununla yanaşı, prezident aktyorun Azərbaycanda gənclər üçün kino məktəbinin yaradılması təklifini müsbət qarşılayıb.


XS
SM
MD
LG