Accessibility links

Tanınmış siyasi fəalın həyat yoldaşı və oğlu həbsə alınıb


Tanınmış siyasi fəalın həyat yoldaşı və oğlu həbsə alınıb

Tanınmış siyasi fəalın həyat yoldaşı və oğlu həbsə alınıb

Hada adı ilə tanınan fəal bu həftə 15 illik həbs cəzasını başa vurur

Tanınmış monqol siyasi fəalın tərəfdarlarının dediyinə görə Çin rəsmiləri fəalın həyat yoldaşını və oğlunu onun özünün azadlığa buraxılmasına bir neçə gün qalmış həbs ediblər. Hada adı ilə tanınan fəal bu həftə 15 illik həbs cəzasını başa vurur. O çinlilər tərəfindən idarə olunan İçəri Monqolustan əhalisinə daha çox azadlıqların verilməsini tələb etdiyinə görə separatizm və casusluqda ittiham edilmişdir. ABŞ-da qərargahlanan Cənubi Monqolustan Demokratik İttifaqı qrupunun bildirdiyinə görə, polis Hadanın həyat yoldaşı Şinnanı və oğlu Uilesi şənbə günü həbsə alıb. Qrup xəbər verir ki, İçəri Monqolustanın paytaxtında Şinnanın rəhbərlik etdiyi kitab mağazasının da fəaliyyəti dayandırılıb.

XS
SM
MD
LG