Accessibility links

Tanzaniyada bərənin batması faciə ilə nəticələnib


Rəsmilər 145 insanın xilas olunduğunu, 31 nəfərin öldüyünü, 100-dən çox insanın itkin düşdüyünü bildirib

Tanzaniya rəsmilərinin bildirdiyinə görə, Zənzibar sahillərində bərənin suya batması nəticəsində təxminən 31 nəfər ölüb, 100 nəfərdən çox insan itkin düşüb.

Gəmi çərşənbə günü ölkənin ən böyük şəhəri və ticarət paytaxtı olan Dar Əs-Salamı tərk etdikdən sonra sularda qərq olub.

Polis sözcüsünün bildirdiyinə görə, pis hava şəraitinin səylərə mane olmasına baxmayaraq, xilasetmə əməliyyatları cümə axşamı davam etdirilib. Rəsmilər hələ ki, 145 insanın xilas olunduğunu bildiriblər.

Ötən ilin sentyabr ayında Zənzibarın üç adasını dövr etməyə çıxan bərənin çevrilməsi nəticəsində 200-dən artıq insan həlak olmuşdu. Prokurorlar hadisə ilə bağlı 4 nəfəri səhlənkarlıqda ittiham etmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG