Accessibility links

TAP layihəsi: Avropanın enerji təhlükəsizliyinə təsirlər


Mayın 17-də Trans Adriatik Boru Kəməri TAP-ın inşasına başlanılması Avropanın enerji ilə təhcizatının artan diversifikasiyasında yeni mərhələsinin başlanğıcı hesab olunur. Bununla belə təhlilçilər Avropanın həqiqətən enerji müstəqilliyinə nail olması üçün təkcə təchizatın artırılması deyil, fundamental addımlar atmasının vacibliyini vurğulayır.

TAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Layihənin tərəfdarları hesab edir ki, boru kəməri Avropanın enerji təhlükəsizliyini artıraraq Rusiyadan asılılığı azaldacaq.

4,5 milyon dollara başa gələcək olan boru kəmərinin 2020-ci ildə istismara veriləcəyi gözlənilir. Boru kəməri Azərbaycanın Şah Dəniz 2 yatağından çıxarılan qazı Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçən tranzit yolla İtaliyanın cənubuna daşıyacaq.

“Regionda Azərbaycanın sahillərindən kənarda başqa resurs imkanları da mövcuddur. Hələ də Türkmənistandan qaz idxal etmək mümkündür. Aralıq dənizi regionunun şərqindən və İraqda Kürd regionundakı yataqlarından qaz resursları da gələcəkdə boru kəməri vasitəsi ilə daşına bilər.”-Riçard Morniqstar

Başlanğıc həcmi 10 milyon kub metr olan TAP boru kəməri Avropada təxminən 7 milyon ailəni enerji ilə təmin edəcək. İki kompressor stansiyanın əlavə olunması və Şah Dəniz 2 ilə yanaşı geniş Xəzər regionunun qaz ehtiyatlarının layihəyə cəlb edilməsi sayəsində enerji təhcizatının ikiqat artırılması planlaşdırılır.

ABŞ-ın Avropada Enerji Təhlükəsizliyi üzrə keçmiş xüsusi nümayəndəsi səfir Riçard Morningstar inanır ki, 2020-ci ilin ortalarından etibarən əlavə qaz təhcizatı mümkün olacaq. “Regionda Azərbaycanın sahillərindən kənarda başqa resurs imkanları da mövcuddur. Hələ də Türkmənistandan qaz idxal etmək mümkündür. Aralıq dənizi regionunun şərqindən və İraqda Kürd regionundakı yataqlarından qaz resursları da gələcəkdə boru kəməri vasitəsi ilə daşına bilər,” deyə səfir bildirib.

​Avropanın enerji mənbələrinin gələcəkdə şaxələndirməsini nəzərdə tutan boru kəməri Avropa İttifaqından böyük dəstək alır. BP, İtaliyanın SNAM və Azərbaycanın SOCAR şirkətləri hər biri 20 faiz hissə payı ilə layihənin əsas 3 investoru hesab olunur.

Cənubi Qaz Koridorunun inkişafı Avropa İttifaqı üçün mühim olsa da, Rusiya üçün narahatlıq mənbəyi sayılır. Qərbin dəstəklədiyi Nabukko layihəsi nəzərdən keçirildiyi bir vaxtda Rusiya öz qazını Qara dəniz sahili boyu Bolqarıstana daşıyan Cənub Cərəyanı boru kəməri layihəsini irəli sürmüşdü. Bu layihə Avropa İttifaqının rəqabət qaydalarına uyğun olmadığı üçün baş tutmamışdı. Daha sonra Rusiyanın Qazprom şirkətinin əlavə olaraq təklif etdiyi Türk Cərəyanı boru layihəsi də uğursuzluqla nəticələnmiçdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG