Accessibility links

TAP-ın dəniz hissəsinin tikintisi üzrə tender elan edilib


Trans Adeiatik Qaz Boru Kəməri

Trans Adeiatik Qaz Boru Kəməri

“Trans-Adriatik” (TAP) boru kəmərinin dəniz hissəsinin təchizatı, tikintisi və quraşdırması üçün tender elan olunub. Boru kəmərinin 36 dyümlük dəniz hissəsinin uzunluğu Albaniya və Cənubi İtaliya sahilləri arasında Adriatik dənizi boyunca təxminən 105 kilometr təşkil edəcək.

TAP-ın rəsmi saytının məlumatına görə, tenderlə bağlı müqavilənin bu ilin sonunda imzalanması nəzərdə tutulur. TAP-ın dəniz hissəsinin tikintisinə 2017-ci ildə başlanılacaq.

Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoidə Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Azərbaycan qazı TAP vasitəsilə Avropaya 2019-cu ilin sonunda nəql olunacaq.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).

XS
SM
MD
LG