Accessibility links

TAP-ın mühəndislik, tədarük, telekommunikasiya və təhlükəsizlik sistemləri quraşdırılacaq


Trans Adriatik Boru Kəməri layihəsi
Trans Adriatik Boru Kəməri layihəsi

“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi çərçivəsində daha iki tender elan olunub.

AZƏRTAC agentliyi TAP-ın rəsmi saytına istinadən bildirir ki, tenderlər mühəndislik, tədarük, telekommunikasiya və təhlükəsizlik sistemlərinin quraşdırılması üçün SCADA sistemi və fiberoptik kabellərin çəkilişini əhatə edir. SCADA sistemi 878 kilometrlik boru kəməri boyunca qaz nəqli sisteminin inteqrasiyasını, mərkəzləşdirilmiş fasiləsiz monitorinqini və nəzarəti təmin edəcək. Boru kəmərinin təhlükəsiz və davamlı əməliyyatlarına nəzarət üzrə bütün məlumatlar İtaliyanın cənubundakı nəzarət mərkəzinə çatdırılacaq.

Digər tender isə təxminən 1550 kilometrlik fiberoptik kabellərlə təchizatı və çatdırılmasını əhatə edir. Hər iki tenderin qaliblərinin 2016-ci ilin ikinci rübündə açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, uzunluğu təxminən 878 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG