Accessibility links

Quentin Tarantino əsəbləşibsə ondan uzaq durmaq məsləhətdir. “Pulp Fiction”, “Reservoir Dogs” və “Django Unchained” kimi filmlərin rejissoru yeni “The Hateful Eight” adlı filminin məzmunu ictimayyətə sızdıqdan sonra bərk qəzəblənib.

Tarantino daha öncə film haqda məlumat sızdığına görə filmi çəkməyəcəyini deyib. O zamandan bəri vəziyyət daha da gərginləşib.

İndi məşhur rejissor bir addım da irəli gedərək məhkəməyə müraciət edib.

Tarantino müəlliflik hüququ ilə bağlı məhkəməyə müraciət edərək Gawker Media şirkətini ictimailəşmiş ssenariini içtimayyətə yaymaqda günahlandırıb.

İttihamda Gawker Media yırtıcı jurnalistikada, mənfəət əldə etmək məqsədi ilə insanların hüquqlarını pozmaqda təqsirləndirilir.

Tarantinonun az pulu olmadığını bilərək demək olar ki, onun ssenarini ictimayyətə sızdıranları cəzalandırmaqda məqsədinə çatacağından əminik.

Belə ... Tarantinonu özündən çıxarmısansa bunun bədəlini hər bir halda ödəyəcəksən.
XS
SM
MD
LG