Accessibility links

İraqın sabiq vitse-prezidenti ölüm hökmünün siyasi motivlərə əsaslandığını deyib


İraqın sabiq vitse-prezidenti ona qarşı irəli sürülən ittihamlar və ölüm cəzası hökmünün siyasi motivlərə əsaslandığını deyib. O, tələb edildiyi kimi 30 gün ərzində Türkiyədən İraqa dönməyəcəyini bəyan edib.

Tariq Əl-Haşimi məhkəmə prosesini qeyri-legitim adlandıraraq, baş nazir Nuri Əl-Malikinin ondan siyasi qisas aldığını bildirib.

Haşemi dekabr ayında şiələrin əksəriyyət təşkil etdiyi İraq hökumətinin ona qarşı terror ittihamı irəli sürməsindən sonra ölkəni tərk edib.

İraqın sabiq vitse-prezidenti Tariq Əl-Haşemi dünən ölüm cəzasına məhkum edilib.
XS
SM
MD
LG