Accessibility links

Tariq Əziz 10 il müddətinə azadlıqdan məhrum edilib


Tariq Əziz 10 il müddətinə azadlıqdan məhrum edilib
Tariq Əziz 10 il müddətinə azadlıqdan məhrum edilib

Iraqın sabiq xarici işlər naziri Tariq Əziz İran-İraq müharibəsi dövründə şiə kürdlərə qarşı cinayətlərə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Əzizin bundan əvvəlki ölüm hökmü onun cinayətlərdə daha az iştirakına görə ləğv edilib. Səddam Hüseynə yaxın digər iki nəfər həmin işlə bağlı ölüm hökmünə məhkum edilib. Ötən ay İraqın Cinayət Məhkəməsi Tariq Əzizi asılmaqla edam hökmünə məhkum etmişdi. Lakin İran prezidenti Cəlal Talabani Əzizin ölüm fərmanını imzalamayacağını bildirmişdi.

XS
SM
MD
LG