Accessibility links

Tarixin qorunması? - Riçmond şəhərində debat


Tarixin qorunması? - Riçmond şəhərində debat
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Riçmondda iqtisadi durum ürəkaçan deyil, deyə şəhərin meri Dvayt Cons bildirir.

Dvayt Cons: "Şəhərdə yoxsulluq səviyyəsi 26 faizdir. Əgər biz məktəblərə və infrastrukturun yaxşılaşdırılması üçün pul ayırmaq istəyiriksə, xüsusilə vergi bazasını genişləndirmək bizim üçün çox əhəmiyyətlidir."

O, şəhərin mərkəzi sayılan Şoko Botom qəsəbəsini beysbol stadionu, yaşayış binaları, ərzaq dükanları və mehmanxanalar tikməklə canlandırmaq istəyir. Hazırda bu ərazidə dayanacaq yerləşir. Sahibkarların çoxu bu planı bəyənir.

Huan Brakston: "Bu bizim biznes üçün mühümdür. Bu inkişaf bu ərazi üçün qalmaq və ya ölmək deməkdir."

Ancaq beysbol stadionu tikiləcək yer olan dayanacağın altında 150 illik arxeoloji tarix yatır. Bura qul bazarının mərkəzi olub.

Ana Edvards: "Bu tarix uzun vaxtdir bizdən ayrı düşmüşdü. Bizim indi bunu sahiblənmək imkanımız yaranıb."

Yerli fəal Ana Edvards deyir ki, qazıntı Riçmonda gətirilən və qul bazarında satılan 400 000 kişi və qadınların başına nə gəldiyini işıqlandıracaq.

Ana Edvards: "Demək olar ki, bütün qara dərili insanlar öz əcdadlarının izini Şoko Botomda tapacaq."

Arxeoloqlar bu tarixin bir hissəsini tədqiq ediblər. Lumpkin həbsxanası minlərlə qulun saxlandığı yer və onun yanında afrikalıların qəbirstanlığının nişanələrinə rastlanıb.

Tarixin Qorunması milli fondundan Robert Niyuviq deyir ki, Şoko qəsəbəsi beysbol azarkeşlərindən çox beynəlxalq turizmə töhfə verə bilər.

Robert Niyuviq: "Şoko Botom vicdan məkanıdır. Dünyanın bir çox guşələrində vicdan məkanları ki, bunlar bizə tarixdə nə baş verdiyini xatırlatmağa, və həmçinin qəlbimiz, fikirlərimzlə bu gün baş verənlərlə əlaqə qurmaq imkanı verir."

Ana Edvards Şoko Botomu qorumağın Riçmondda qulların tarixi ilə bərabər qul sahiblərinin də keçmişini xatırlamağa şərait yaradacağını deyir.

Ana Edvards: "Burada qaradərili insanların qoyub getdiyi irslə bağlı heç nə tapmaq mümkün deyil. Belə bir qanun var ki, Monument prospektində yerləşən general Robert Li-nin heykəlindən yüksək heç bir heykəl ola bilməz. Buradakı ən gözəgəlimli qəbiristanlıq da Konfederasiya dövrünə məxsusdur."

Bəziləri isə merin planını dəstəkləyir və bunun Şokonun qul tarixi haqda muzeylərin və yeni xatirə abidələrinin yeganə maliyyə mənbəyi olacağını düşünür.

XS
SM
MD
LG