Accessibility links

Tarixin Qara Səhifələri: Adolf Hitler [Video]


Adolf Hitlerin həyat yoluna baxış.
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Adolf Hitlerin həyat yoluna baxış.

Bu bədnam yer ən ağlasığmaz yerlərdən biridir. Bu, Adolf Hitlerin gözləridir.

1889-cu ilin aprel ayının 20-si dünyaya gəlmiş Adolf Hitler 1933-cü ildə Almaniya kansleri seçildi və növbəti il özünə Fürer titulunu götürdü.

Avstriyada dünyaya gələn Adolf uşaq ikən bir neçə dəfə yerdən-yerə köçür. Güman edilir ki, onda yəhudilərə hədsiz nifrət Linz məktəbində sıralarında filosof Ludviq Vittgenşteynin də olduğu yəhudi şagirdlərlə təmaslarından qaynaqlanır. Bu nifrət sonradan onun siyasi doktrinasının təməlinə çevrilir.

Almaniyanı dəlicəsinə sevən Hitler nəhayət 1932-ci ildə Almaniya vətəndaşı olur və Almaniyanın Milli Sosialist Fəhlə Partiyası, Nasist partiyasının liderliyinə aparan yola qədəm qoyur. Sözsüz ki, natiqlik və əqidəsini təbliğ etmək qabiliyyəti onun hakimiyyətə gəlməsində başlıca rol oynayır.

1936-cı ildə Hitler Raynlandda hərbisizləşdirilmiş zonaya nəzarəti bərpa etməyə müvəffəq olur. Britaniya və Fransanın buna müqavimət göstərmədiyini görən Hitler 1938-ci ildə Avstriyaya daxil olur və növbəti il Polşanı işğal edir.

1939-cu ilin sentyabrın 3-də İkinci Dünya Müharibəsi başlanandan 1945-ci ildə Almaniyanın məğlubiyyətinədək Hitler və onun SS-çiləri sistematik şəkildə 11-14 milyon insanı qətlə yetirir. Bunlardan altı milyonu yəhudilərdən ibarət olur. Auşvitz kimi məhv düşərgələrində öldürülənlər arasında polyak, qaraçı, homoseksual, müqavimət qruplarının üzvləri, siyasi rəqiblər və ruhi xəstələr də olur.

Hitler özü heç zaman nə əsir düşərgələrini ziyarət edib, nə də ictimayyət qarşısında bu barədə danışıb. Süqut qaçılmaz olanda o, və onun yeni xanımı Eva Braun Berlindəki bunkerdə özlərinə qəsd edir.
Onların cəld kremasiyasya edilməsi cəsədlərin alimlər tərəfindən tədqiq edilməsini qeyri-mümkün edir. Beləliklə də bu beynin dünyanın ən bədnam yerlərdən biri olmasının sirri açılmaz qalır.
XS
SM
MD
LG