Accessibility links

Tailandda nümayişçilərin liderləri etiraz aksiyalarına son qoyduqlarını bildirdilər


Tailandda nümayişçilərin liderləri etiraz aksiyalarına son qoyduqlarını bildirdilər
Tailandda nümayişçilərin liderləri etiraz aksiyalarına son qoyduqlarını bildirdilər

Buna baxmayaraq, ölkə boyu iğtişaşlar dayanmaq bilmir

Tailand paytaxtı Banqkokda həftələrdir şəhərin mərkəzi maliyyə rayonunu nəzarətdə saxlayan anti-hökumət nümayişçilərini oradan çıxarmağa çalışan təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qanlı iğtişaşlar davam edir. Qırmızı Köynəklilər kimi tanınan nümayişçilərin liderləri bildirib ki, əlavə itkilərin olmaması naminə onlar iki aya yaxındır davam edən kütləvi etiraz aksiyalarını sona çatdırırlar. Buna baxmayaraq şəhər boyu iğtişaşlar davam edir. Nümayişçilər Tailandın birja mübadilə binası, yerli telekanal və əsas univermağı daxil olmaqla şəhərin başlıca institut və bizneslərində yanğınlar törədib. Hücumlar Banqkokdan kənara da yayılıb. Udon Tani və Xon Kean şəhərlərində də hökumət binaları hücuma məruz qalıb.

XS
SM
MD
LG