Accessibility links

Tailandda etirazçılar baş nazirin istefasını tələb edirlər


Tailandda minlərlə hökümət əleydarı baş nazir Yinqluk Şinavatranın istefası üçün Banqkokda ikinci etiraz aksiyası keçiriblər.

Nümayişçilər bildirib ki, bu həftə baş verən etirazların məqsədi hamını bazar günü keçiriləcək kütləvi nümayişlər üçün hazırlamaqdır.

Nümayişçilər xanım Yinqluku parlamenti buraxdığı və erkən seçkilərə çağırdığı üçün tənqid edirlər.

Etirazçılar onun rüşvətxor olduğunu deyir, və devrilmiş baş nazir qardaşı Taksin Şinavatra tərəfindən idarə olunduğunu iddia edirlər.

Nümayişlər oktyabrın sonlarında cənab Taksinin sürgündən evə qayıtmasına icazə verən qanunun keçməsinə qarşı başlayıb. Taksin Şinavatra korrupsiya cinayətinə görə həbsə məhkum edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG