Accessibility links

Tayland məhkəməsi iranlılara hökm çıxardı


Taylandda qarşısı alınmış bomba hücumu cəhdində əli olan iki iranlıya həbs hökmü çıxarılıb.
Bankok məhkəməsi 29 yaşlı Səid Muradini qətl və bomba hücümüna cəhddə ittiham edərək, ömürlük, 43 yaşlı Məhəmməd Kazimini isə partlayıcı maddə saxladığına görə 15 il həbs cəzasına məhkum edib. Hər iki məhkum onlara qarşı irəli sürülən iddihamları rədd edib.

İttiham irəli sürülən şəxslər 2012-ci ildə yaşadıqları evdəki partlayıcıların ehtiyatsızlıq nəticəsində partlamasından sonra həbs edilmişdilər. Partlayış binanın dağılmasına və insanların küçəyə qaçmasına səbəb olmuşdu.

Küçədə polisə hücum həyata keçirməyə cəhddə təqsirli bilinən Səid Muradinin planı baş tutmayıb və əvəzində bomba partlayaraq onun ayağını itirməsi ilə nəticələnib.

.
XS
SM
MD
LG