Accessibility links

Tailandın seçki komssiyası ilkin seçkilərin qeyri-müəyyən müddətə təxirə salınmasına çağırıb.

Baş nazir zorakılıqla nəticələnən siyasi böhranı bu yolla aradan qaldırmağın mümkün ola biləcəyini deyib.

Bəyanatda komissiya buna səbə kimi hökumətlə nümayişçilər arasında gərgin münasibətləri göstərib. Nümayişçilər baş nazir Yinqluk Şinavatranın vəzifədən istefa verərək səlahiyyətlərini seçkisiz müəyyən edilən şuraya təhvil verməyi tələb edir.

Səhər tezdən polis gözyaşardıcı qaz və rezin güllələrlə hökumət əlehdarlarına hücum edib. Nümayişçilər polislərə daş atmaqla cavab verib.

Rəsmilər qarşıdurmalar zamanı bir polis işçisinin öldüyünü, azı 32 nümayişçinin xəsarət aldığını deyib.

Münaqişə nümayişçilərin polisin xəbərdarlığına məhəl qoymayaraq Banqkokda fevral ayının 2-nə nəzərdə tutulmuş seçkilər üçün namizədlərin qeydiyyata alındıqları stadionuna hücum etməsi ilə başlayıb.

Polis sözçüsü Piya Uthaya münaqişə zamanı polisə atəş açıldığını deyib.

Qəzəbli nümayişçilər xanım Yinqluk-u ilkin seçkilər keçirməyə və məsələni parlamentdə səsə qoymamağa çağırmağa məcbur edib. Lakin Yinqluk istefa verməkdən imtina edib və seçki komissiyasının son müraciətinə cavab verməyib.
XS
SM
MD
LG