Accessibility links

Tailand sakinləri daşqına görə təxliyyə edilir

  • Amerikanın səsi

Tailand sakinləri daşqına görə təxliyyə edilir

Tailand sakinləri daşqına görə təxliyyə edilir

Bu gün Tailandın paytaxtında rəsmilər bölgədə daşqınların qaçılmaz olduğunu bildirdikdən sonra Banqkokun altı rayonunun sakinləri daha yüksək yerlərə köçürülüb.

Banqkokun qubernatoru dünən axşam bildirib ki, yaşlı əhali sığınacaqlara köçməli və digər sakinlər isə əşyalarını daha yüksək yerlərə köçürməlidir.

Bu gün səhər su artıq şəhərin köhnə Don Muaq hava limanı və yardım əməliyyat mərkəzi ətrafından küçələrə axmağa başlayıb. Yardım mərkəzində bir könüllü suyun səviyyəsinin gecə saatlarında artdığını və hazırda 60 santimetr çatdığını bildirib.

Mövzuya uyğun

XS
SM
MD
LG