Accessibility links

Tailandda partlayış nəticəsində bombanı aparan şəxs ağır xəsarət alıb


Tailandda partlayış nəticəsində bombanı aparan şəxs ağır xəsarət alıb
Tailandda partlayış nəticəsində bombanı aparan şəxs ağır xəsarət alıb

Tailand paytaxt Banqkok şəhərində iki partlayış olub və media bildirir ki, bir nəfər ağır xəsarət alıb.

Məlumatda deyilir ki, iranlı və ya Yaxın Şərqli olduğu ehtimal edilən bir nəfər özü ilə bomba aparırmış. Bu zaman bomba partlayıb. Yerli media və sosial şəbəkələrdə yayılan fotodan belə anlamaq olur ki, partlayış nəticəsində bombanı daşıyan şəxsin aşağı ətrafı bədənindən ayrılıb.

Partlayış şəhərin şərq hissəsində məktəb yaxınlığında tıxaclı yolda baş verib.

Polis partlayışın motivlərini araşdırmağa çalışır. Başqa adamların xəsarət alıb-almadığı barədə məlumat yoxdur.

XS
SM
MD
LG