Accessibility links

Teylor Sviftin kolleksiyası üzərində saxta olmadığını təsdiq edən xüsusi etiketlər olacaq


Amerikanın pop ulduzu Teylor Svift Çində saxta malların satışı ilə mübarizə məqsədilə öz şəxsi geyim kolleksiyasını ölkənin iki böyük onlayn şirkəti vasitəsilə pərakəndə satışa çıxarır.

25 yaşlı müğənni özünün “Teylor Svift brendləri” kolleksiyasını çinli alıcılara birbaşa satmaq üçün JD.comAlibaba Group Holding şirkətləri ilə partnyorluq edir.

The Wall Street Journal qəzetinin yazdığına görə, belə bir addım Çində Teylor Svift adı altında ətirlərdən tutmuş gitaralara qədər müxtəlif saxta malların satıldığı geniş bazarın qarşısını almaq məqsədilə atılıb. Jurnalın dərc etdiyi məqalədə deyilir ki, onlinda satılacaq Teylor Svift geyimləri üzərində saxta olmadığını təsdiq edən xüsusi etiket olacaq.

Qərb şirkətləri Çində intellektual mülkiyyətin oğurlanmasından və qeyri-qanuni satışlarla bağlı uzun müddətdir şikayət edir. Bu ilin əvvəli American ApparelFootwear Association geyim malları şirkətləri ((https://www.wewear.org/assets/1/7/040815_USTR_Letter_on_Alibaba.pdf)) Birləşmiş Ştatların ticarət məsələləri üzrə nümayəndəsi Maykl Froqmana məktub ünvanlayaraq, TaoBao pərakəndə satış səhifəsi daxil olmaqla, Alibaba şirkətinin veb səhifələrində saxta malların geniş satışı ilə bağlı şikayət bildirib.

"Alibaba" şirkətinin TaoBao filialı dünyada ən çox saxta mal satılan platforma kimi tanınır. Bizim işçilərimiz hər gün TaoBao səhifəsində saysız-hesabsız saxta mal satışı ilə üzləşir və bunun nəticəsi olaraq biz milynlarla dollar itirir, adımıza ləkə gəlir, hüquqi xərclər və resursların tükənməsi kimi problemlərlə qarşılaşır” -deyə, məktubda bildirilib.

The Wall Street qəzeti yazır ki, TaoBao veb səhifəsində Teylor Svift brendinə aid bir cüt saxta idman ayaqqabıları 10 dollara satılır.

Alibaba şirkəti məsələyə ciddi yanadığını bildirib. Gələn ay JD.comAlibaba-nın Tmall ticarət saytı Teylor Svift brendinə aid T-şörtləri 60 dollara satmağa başlayacaq. Müğənni eləcə də, JD.com-a özünün yüksək keyfiyyətli qadın donları və köynəklərini çıxaracaq. Bu geyimlərin qiyməti 100 dollarla 120 dollar arasında olacaq.

T

T

“Bu mallar ekskluziv olaraq Çin üçün hazırlanacaq və yalnız Çin bazarına çıxarılacaq. Teylor Sviftin brendləri Heritage66 şirkəti və Amerika dizaynerlərinin yardımı ilə yaradılır” deyə, JD.com bildirib.

Butun bunlar 7 dəfə Grammy mükafatının qalibi Teylor Sviftin bu ilin noyabr ayında Şanxayda təşkil edilən konsertindən əvvəl baş verir.

XS
SM
MD
LG