Accessibility links

Liberiyanın sabiq prezidentinin vəkili məhkəmə zalını qəzəblə tərk edib


Liberiyanın sabiq prezidentinin vəkili məhkəmə zalını qəzəblə tərk edib

Liberiyanın sabiq prezidentinin vəkili məhkəmə zalını qəzəblə tərk edib

Cənab Teylor Sierra Leoneyə dair Xüsusi Məhkəmədə 11 cinayətdə ittiham edilir

Liberiyanın sabiq prezidenti Çarliz Teylorun vəkili hakim müdafiəçi tərəfin prosesə dair yazılı xülasəsini qəbul etməməsindən sonra müharibə cinayətləri məhkəməni qəzəblə tərk edib. Bu gün hakim sənədlərin təhvil verilməsi müddəti bitdikdən sonra vəkil Kortne Qriffits Haaqa məhkəməsində zalı tərk edib.

Cənab Teylor Sierra Leoneyə dair Xüsusi Məhkəmədə 11 cinayətdə ittiham edilir. Buna müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər daxildir.

O, 100 000 insanın ölümünə səbəb olmuş Sierra Leon vətəndaş müharibəsinə təhrik etməkdə ittiham edilir. İttihamçı onun Sierra Leone yaraqlılarını silahla təmin etməkdə təqsirləndirir.

Cənab Teylor bütün ittihamları rədd edir.

XS
SM
MD
LG