Accessibility links

Tayvan ABŞ-dan əlavə silah almaq istəyir


Tayvan ABŞ-dan əlavə silah almaq istəyir
Tayvan ABŞ-dan əlavə silah almaq istəyir

ABŞ-da açıqlanan yeni hesabata əsasən Çinin öz hərbi qüdrətini artırması Tayvandan Vaşinqtona daha çox silah satmaq çağırışına təkan verib. Müdafiə nazirliyinin sözçüsü Yu Say-tyu deyir ki, Taypey Vaşinqtondan F-16 təyyarələri, dizel sualtı qayıqları və başqa ləvazimat almaq istəyir. ABŞ yanvarda Tayvana 6.4 milyard dollar həcmində silah satışını təsdiq etmişdi. Vaşinqtonun bu addmından qəzəblənən Çin ABŞ-la hərbi mübadilələri dondurmuşdu. ABŞ müdafiə nazirliyinin açıqladığı hesabatda bildirilir ki, Çin öz donanmasına mürəkkəb sualtı qayıqlar , gəmilər əlavə edir, müxtəlif məsafəli raketlər istehsal edir ki, burada məqsəd Tayvan Boğazında hərbi qüvvələr arasında balansı dəyişməkdir.

XS
SM
MD
LG