Accessibility links

Tayvanın qərb sahilində pis hava şəraiti nətəcəsində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 48 insan həlak olduğu xəbəri təsdiqlənib.

TranAsia avia-layneri dünən gecə Penqu adasında Maqonq hava limanına ikinci dəfə enməyə cəhd edərkən yaşayış məntəqəsinə düşüb.

Hadisədə AT-72 təyyarəsində olan 10 nəfər xəsarət alaraq yerli xəstəxanaya çatdırılıb. Yerdə isə beş nəfər xəsarət alıb. 31 nəfərin kimliyi müəyyən edilib. 17 cəsədin kimə məxsus olduğu hələ bilinmir.

Rəsmilər iki Fransa tibb universiteti tələbəsinin ölənlər arasında olduğunu deyib. Qurbanların qalanı tayvanlı olub. Avialayner şirkəti hadisə qurbanlarının ailələrinə 33 min dollar məbləğində kompensasiya təklif edib.

Tayvan prezidenti Ma Yinq-jeou hadisəni aviasiya tarixində ən kədərli gün adlandırıb.

XS
SM
MD
LG