Accessibility links

Türkiyə hökuməti ictimai parkla bağlı referendum keçirilə biləcəyini bəyan edib. Bəyanat Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan zorakı qarşıdurmalardan sonra nümayişçilərlə görüşündən sonra verilib.

Ziyalılar, tələbələr və incəsənət xadimlərindən ibarət 11 nəfərlik heyətinin baş nazirlə görüşü vətəndaş cəmiyyətləri və etirazçılar tərəfindən rədd edilib. Onlar həmin heyətin hökumət tərəfindən seçildiyini deyir.

Türkiyədə tərəflər arasında baş vermiş toqquşmanın səhərisi iğtişaş polisi İstanbulun mərkəzi meydanından nümayişçiləri çıxarıb.

Polisin bu əməliyyatı Taksim meydanında iki həftəyə yaxın davam edən nümayişlərdən sonra uğurlu nəticə verib. Nümayişçilər rəsmilərin meydan yaxınlığındakı parkı sökərək, yerində bina inşa etmək planına etiraz edir.

Onlar eyni zamanda baş nazir Rəcəp Tayyib Ərdoğanı mühafizəkar İslamçı baxışlarını dünyəvi ölkədə tətbiq etməkdə təqsirləndirərək onun istefasını tələb edib.

Bu gün iğtişaş polisi Taksim meydanında səhərədək davam edən nümayişin qarşısını almaq üçün gözyaşardıcı qaz və təyziqli sudan istifadə edib.

Baş nazir bu gün nümayişçilərin bəziləri ilə görüşməyi planlaşdırır.
XS
SM
MD
LG