Accessibility links

Vərəm xəstələrinə yardım proqramı [Video]


Vərəm xəstələrinə yardım proqramı
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Vərəm xəstəliyi çox hallarda tənəffüs problemləri ilə müşayiət edilir. Yoxsul həyat şəraiti bu problemin dərinləşməsinə yol açır. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliklə mübarizə strategiyası təklif edib. Avropa həkimlərinin yardımı ilə milyonlarla insanın həyatı xilas edilə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı vərəmin QİCS-dən sonra ikinci öldürücü xəstəlik olduğunu bildirir. 2013-cü ildə bu Uqanda kimi yoxsul ölkələrdə xəstəlik səbəbi ilə 1.5 milyon insan dünyasını dəyişib.

Hətta bu bəladan xilas olanlar belə həyatlarını təngənəfəslik və öskürəklə sürür. Bunu Kampalanın Mulaqo xəstəxanasından Dr.Vinçeslaus Katagira deyir.

“Təəssüflə deyə bilərəm ki, vərəm müalicə edildikdən sonra belə ağ ciyərlər tam sağalmır. Ağ ciyər toxumalarının zədələnməsi xroniki xəstəliklərə yol açır.”

Yemək bişirilməsi üçün ocaq və kerosindən istifadə edilməsi, siqaret çəkilməsi vərəm xəstələrində xroniki bronxit və emfizemaya səbəb olur.

Tənəffüs orqanlarının reabilitasiya proqramları xəstələrin sağalmasına yardım edir. Sağalma prosesinə idmanla məşğuliyyət və sağlam qidalanma da təkan verir. Dr.Vinçeslaus Katagira :“12 həftədən sonra bura gəldikdə kökəldiklərinin, yaxşı göründüklərinin şahidi oluruq.”

Nakigo Asia indi özünü əvvələrdə müqayisədə çox yaxşı hiss etdiyini deyir.“Dərman qəbul edərkən özümü halsız hiss edirdim. Amma idman mənə enerji verdi. Buraya ilk gəlişimdə qan qusurdum.”

Araşdırmaların rəhbəri doktor Rupert Cones Uqandada keçirilən təcrübənin vərəm xəstəliyinin yayıldığı dügər ölkələrdə də tətbiq ediləcəyini deyir.

“Təlim kitabları dərc edəcəyik. Maliyyələşmə yolu ilə bu proqramı Şərqi Afrika, Avropa və Uzaq Şərqdə tətbiq etmək ümidindəyik.”

Mulango xəstəxanasında keçirilən bu tədqiqatdan sonra may ayında daha böyük proqramın həyata keçirilməsi planlaşdırılır.

XS
SM
MD
LG