Accessibility links

“Tbilisi sammiti 2014” forumu keçiriləcək


Azərbaycan-Gürcüstan-Türkiyə

Azərbaycan-Gürcüstan-Türkiyə

Forumu Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri açacaq

Mayın 6-da Gürcüstan Milli Kitabxanasında “Tbilisi sammiti 2014” adlı beynəlxalq forum keçiriləcək. Tədbiri Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri açacaq.

Gürcüstanın dövlət başçısı Georgi Marqvelaşvili İlham Əliyevi və Abdulla Gülü qəbul edəcək.

Sammitdə son 20 ildə ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayıb.

Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndə heyətləri cari və planlaşdırılan layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır.

“Tbilisi sammiti 2014”-ün keçirilməsi Georgi Marqvelaşvilinin Bakı və Ankaraya səfəri zamanı planlaşdırılıb.
XS
SM
MD
LG