Accessibility links

Mixail Saakaşvili həbsxanalarda zorlama və işgəncələrə yol verənlərin cəzalandırılacağına and içib


Gürcüstan prezidenti Mixail Saakaşvili həbsxanalarda zorlama və işgəncələrə yol verənlərin cəzalandırılacağına and içib. Saakaşvili insan hüquqları pozuntularına göz yumulmayacağını bildirib.

Həbsxanalarda zorakılıqlarla bağlı müxalifət telekanalında yayımlanan video Tbilisidə böyük etiraz dalğası ilə qarşılanıb.

Etirazlar həbsxana sisteminə nəzarət edən nazirin istefasına səbəb olub.

Gürcüstan hökumətinin bildirdiyinə görə, həbsxanadakı vəziyyətlə bağlı artıq bir neçə adam məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyi prezidentin opponentlərini təzyiqləri təşkil edib, lentə almaqda günahlandırıb.

ABŞ-ın Gürcüstandakı səfirliyi məhbuslara qarşı davranışı tənqid edərək, bununla bağlı istintaqa çağırıb.
XS
SM
MD
LG