Accessibility links

Azərbaycan, Türkiyə, Gürcüstan prezidentləri görüşəcək


Azərbaycan-Gürcüstan-Türkiyə

Azərbaycan-Gürcüstan-Türkiyə

Görüş bu ilin mayında Tbilisidə olacaq

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri mayın əvvəllərində Tbilisidə görüşəcəklər. Turan agentliyinin məlumatına görə bu barədə martın 19-da Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze jurnalistlərə bildirib.

“Bundan əvvəl üç ölkə nümayəndələrinin iqtisadiyyat və xarici işlər nazirlərinin görüşləri keçirilib, indi isə prezidentlər səviyyəsində üçtərəfli formatda görüşün təşkili haqqında qərar qəbul edilib”, deyə o bildirib.

Görüşün gündəliyi və dəqiq tarixi üç ölkənin dövlət başçılarının və xarici işlər nazirləri nümayəndələrinin məsləhətləşmələri zamanı müəyyən ediləcək.

Bu formatda sonuncu görüş fevralın 19-da Azərbaycanın Gəncə şəhərində keçirilib, burada Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri görüşüblər. Görüşdə üç ölkə arasında qarşılıqlı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə edilib.
XS
SM
MD
LG