Accessibility links

Tbilisidə “Birlik” layihəsinin nəticələrinin təqdimatı olub


Indian activists of the People for the Ethical Treatment of Animals (PETA) with bodies painted in green hold placards during a vegetarianism campaign in Hyderabad, India, April 22, 2013.
Indian activists of the People for the Ethical Treatment of Animals (PETA) with bodies painted in green hold placards during a vegetarianism campaign in Hyderabad, India, April 22, 2013.

İyunun 18-də Tbilisi şəhərində Azərbaycan, Ermənistan və Gürcüstandan olan vətəndaş cəmiyyəti nümayəndələrinin, jurnalistlərin, ekspertlərin iştirakı ilə “Birlikdə” layihəsinin nəticələrinin təqdimatı keçirilib. Bu barədə Amerikanın Səsi radiosuna Humanitar Tədqiqatlar Cəmiyyətindən bildiriblər.

Amerika səfirliyi tərəfindən dəstəklənən layihənin əsas partnyorları olan təşkilatlar 10 ay ərzində aparılan işin nəticəsində ən yaxşı “sülh atributları” - musiqi, şer, sloqan, video və foto hazırlayıb.

Beynəlxalq Geopolitik Araşdırmalar Mərkəzinin sədri Tengiz Pxeladze, “Avropa İnteqrasiya” Təşkilatının sədri Karen Bekaryan, Xalq Diplomatiyası İnstitutunun direktoru İrina Qriqoryan və Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov çıxış edərək layihədə iştirak edənlərə uğurlar arzulayıb.

Qeyd edək ki, Gürcüstanın məşhur “İveriya” ansambılı tərəfindən təqdim olunan “fəxri fərmanlar” layihə təşkilatçıları ilə yanaşı ATƏT-in Amerikalı həmsədri Robert Bradko tərəfindən imzalanıb. Tədbirdə iştirak edən ABŞ səfirliyinin əməkdaşı bu layihəni münaqişənin sülh yolunda həlli istiqamətində vətəndaş cəmiyyətinin uğurlu addımı adlandırıb.

XS
SM
MD
LG