Accessibility links

Təbrizdə ayaqqabı tikən sexlərin 70 faizi bağlanıb

  • Insafəli Hidayət

Təbrizdə ayaqqabı tikən sexlərin 70 faizi bağlanıb

Təbrizdə ayaqqabı tikən sexlərin 70 faizi bağlanıb

Təbrizdən seçilən millət vəkili İşrət xanım Şaiq bildirib ki, ötən 5 ayda İrana gömrükdənkənar yollarla qanunsuz olaraq 15000 ayaqqabı gətirilib. Onun sözlərinə görə, ildə qaçaqmal kimi İrana milyonlarla cüt ayaqqabı gətirilir.

Təbriz “Ayaqqabıçılar Birliyi"nin rəhbəri Cavad Hüseynnejad Fars agentliyinə bildirib ki, Təbrizdə ayaqqabı tikən sexlərin 70 faizi bağlanıb. Çindən alınan ayaqqabılar Təbrizin ayaqqabı sexlərində işləyən 1400 nəfərin iş yerini itirməsinə səbəb olub. Hazırda ayaqqabı sexlərində cəmi 600 nəfər çalışır. Təbrizdəki ayaqqabı sexlərinin yalnız 30 faizi gün ərzində işini davam etdirir.

Cavad Hüseynnejadın sözlərinə görə, Təbrizdəki ayaqqabı sexlərində hər il 40.000 ayaqqabı tikilir. “Təbriz İranın ayaqqabi ehtiyacının ödənilməsində mühüm yer tutur”.

Təbrizdən seçilən millət vəkili İşrət xanım Şaiq bildirib ki, ötən 5 ayda İrana gömrükdənkənar yollarla qanunsuz olaraq 15000 ayaqqabı gətirilib. Onun sözlərinə görə, ildə qaçaqmal kimi İrana milyonlarla cüt ayaqqabı gətirilir.

Millət vəkili bildirib ki, 2010-cu ildə Təbriz, Tehran, İsfahan və Məşəd şəhərlərinin ayaqqabıçıları durumla bağlı prezident Mahmud Əhmədinəjada məktub göndərib. "Ancaq prezident hələ də ayaqqabıçılara cavab verməyib".

Cənab Hüseynnejadın sözlərinə görə, İranda ilk ayaqqabı fabriki 1929-cu ildə Təbrizdə qurulub.

XS
SM
MD
LG