Accessibility links

Təbrizdə daha bir siyasi və mədəni fəal İnqilab Məhkəməsinə çağrılıb

  • Insafəli Hidayət

Calal Salehpurun İnqilab məhkəməsinə çağrılmasının səbəbinin " bəzi məsələlərin" aydınlaşdırılması olduğu bildirilib. Bu fəal dörd ay əvvəl İttilaat məmurları tərəfindən tutulmuş İnqilab Məhkəməsinə göndərilmişdi.

AZOH, Güney Azərbaycan Xəbər Mərkəzi və bəzi siyasi xəbər vebsaytlarının verdikləri məlumata görə Təbrizli siyasi və mədəni fəal, Calal Salehpur Təbriz şəhərinin İnqilab Məhkəməsinə çağrıldı. O, bir ay sonra məhkəmədə olmalıdır.

Calal-ın İnqilab məhkəməsinə çağrılmasının səbəbinin " bəzi məsələlərin" aydınlaşdırılması kimi olduğu bildirilib. O, 33 gün əvvəl istintaqa çəkilmişdi. Bu siyasi və mədəni fəal dörd ay əvvəl İttilaat məmurları tərəfindən tutulmuşdu.

Əldə olan məlumata əsasən, Calal bir müddət istintaqa çəkiləndən sonra İnqilab məhkəməsinə göndərilmişdi və məhkəmə onun azadlığı üçün 60 Milyon Tümənl (60 min Dollar) pul zəmanəti tələb etmişdi. Tələb olunan miqdarda pul məhkəməyə ödənəndən sonra, Salehpur müvəqqəti olaraq Təbrizin Mərkəzi Zindanından azad oldu.

Calal Salehpur Şərqi Azərbaycanın Əhər şəhərinin Azad Universitətində kampüter mühəndisliyi tələbəsidir və dördüncü kursda oxuyur. Eyni halda, o şair, yazar və Əhər şəhərinin Qaya adlı rəqs qurupunun məsuludur.

XS
SM
MD
LG