Accessibility links

Təbrizli mədəni fəal və tələbə nəzarətdə saxlanır

  • Insafəli Hidayət

Xordad ayının əvvəli (20 gün əvvəl) İttilaat məmurları tərəfindən tutulan təbrizlı gənc fəal və tələbə Əfsanə Toqir yenidən iki həftədə nəzarətdə saxlanacaq. ƏfsanəToqirin saxlanmağa davam etməsi haqa məlumat bir neçə internet saytında nəşr olub.

Amerikanın səsinin Azərbaycani xidmətinin müxbiri onun durumu ilə bağlı xəbər əldə etmək üçün Əfsanə Toqirin ailəsilə əlaqə saxlayıb, lakin ailə ehtimal edildiyi kimi, aldıqları təhdidlərə görə məlumat verməkdən imtina ediblər.

Əfsanə xanımın qohumlarından biri Amerikanın səsinə onun Şərqi Azərbaycanın ittilaat idarəsinin məmurları tərəfindən tutulduğunu bildirib. Onun bir neçə gün Təbrizin Bağı şimalında və İmam Cuma evinin qarşısında bir nəfərlik hücrədə saxlandığı, bundan sonra Təbrizin mərkəzi həbsxanasına aparıldığı, istintaqın isə ittilaat idarisində keçirildiyni bildirilir.

Əfsanə Toqirin qohumunun sözlərinə görə, ailəsi onunla görüşə bilməyib. Lakin o bildirib ki, ailə üzləri onun İttilaat tərəfindən tutulduğu, onun gündüzlər istintaqa aparılıb gecələri isə Təbrizin mərkəzi həbsxanasının qadınlar üçün ayrılmış hissəsinə gətirildiyindən xəbərdardır.

Əfsanə Toqirin ümumi vəziyyətini təsvir edən qohumu Ameirkanın səsinin müxbirinə bunları deyib: "Əfsanənin halı yaxşıdır, sağ və salamatdır. Hazırda sorqu-sual edilir". Lakin məlum olduğu kimi, ailə üzvləri ona qarşı irəli sürülmüş ittihamlardan xəbərdar deyillər.

Bəzi xəbər vebsaytları bir neçə Azərbaycanlı universitet tələbəsinin Toqirin ailəsilə görüşdüyü haqda xəbər verib. Bu görüşlərdən sonra məmurların onları təhdid etdiyi və tələbələrə bu görüşlər davam etsə, onların özləri üçün problem yaranacağını dediyi bildirilir. Ailə üzvlərinin müsahibədən və məlumat verməkdən çəkinməsi bu səbəblə izah edilir.

Əfsanə Toqir Təbriz universitetinin Əkinçilik və kənd təsərrüfatı fakültəsinin tələbəsidir. O eyni zamanda, universitetin Azərbaycanşunaslıq Mərkəzinin üzvüdür. Azərbaycanşünaslıq məkəzinin bir neçə tələbəsi əvvəllər də geçən aylar tutulub həbsdə saxlanıblar.

Əfsanə Toqir İran Azərbaycanında müxtəlif təşkilatlar, mədəni fəallar və ətraf mühit tərəfdarlarının Urmu Gölünün qurumasına etiraz olaraq əhalini Xordad ayının birində etiraz numayişlərinə çağırdığı zaman saxlanmışdı.

Onun etiraz nümayişlərinin başlamasından əvvəl saxlandığı bildirilir. İranın keçmış prezident Seyid-Məhəmməd Xatəmi dövründə qəbul edilmiş "Şəhrvəndlik" qanunlarına əsasən saxlanan şəxsə qarşı irəli sürülən ittihamlar və onun harda saxlanması barədə məlumat yazılı şəkildə özünə və ailəsinə bildirilməlidir. Amma bu qanun xanım Toqirə şamil olmayıb.

XS
SM
MD
LG