Accessibility links

Təbrizli qıza Facebook yazışmalarına görə 7 il həbs verilib


Təbrizli qıza Facebook yazışmalarına görə 7 il həbs verilib

Təbrizli qıza Facebook yazışmalarına görə 7 il həbs verilib

Tehran məhkəməsi Haniyə Fərşi Şotorbanı “Facebook” şəbəkəsindəki yazışmalarında müqəddəsləri təhqir etməkdə və əcnəbilərlə əlaqədə günahlandırıb.

Bir ilə yaxındır Tehranın Evin zindanında saxlanan azərbaycanlı “Facebook” fəalı Haniyə Fərşi Şotorban 7 illik həbsə məhkum edilib.

ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Haniyə Fərşi Şotorbanı 2010-cu il iyul ayının sonunda evindən tutub aparmışdılar. “Media forum” saytının məlumatına görə, Tehran məhkəməsi Haniyə Fərşi Şotorbanı “Facebook” şəbəkəsindəki yazışmalarında müqəddəsləri təhqir etməkdə və əcnəbilərlə əlaqədə günahlandırıb.

Haniyənin anası hüquq müdafiəçilərinə açıqlamada qızına çıxarılan həbs cəzasına etiraz bildirib, onun heç vaxt siyasi fəaliyyətlə məşğul olmadığını bəyan edib.

XS
SM
MD
LG