Accessibility links

Məktəblərdə şagirdlərə maliyyə dərsləri tədris edilir [Video]


Uşaqlar o qədər də vacib olmayan bir şey istəyəndə, adətən valideynlər “pul ağacda bitmir” deyir. 1965-ci ildən bəri fəaliyyət göstərən JA - “Kiçik Nailiyyətlər” təşkilatı yerli bizneslərlə birgə müxtəlif yaşlardakı şagirdlərə pulun qazanılması və ondan istifadənin yollarını öyrədir. Bu orta sinif şagirdlərinə bir neçə saat valideynlərinin yerində olmaq, qazandıqları pulu necə xərcləmək və ya yığmaq imkanı verilir.

Bu adi dərs günü deyil. Bu gün JA-in buradakı şagirdlərə öyrətdikləri ola bilsin onların yaddaşında ömürlük qalsın.

Sinif ticarət mərkəzi kimi dizayn olunub. Alış-verişə getməzdən əvvəl şagirdlər burada özlərini yaşlılar kimi aparmağı öyrənir. “Biz onlar üçün belə bir situasiya yaradırıq, məsələn, onlar 42 yaşlarındadırlar, evlidirlər və 3 uşaqları var. Və onlar bir ayda qazandıqları büdcə ilə ailəni dolandırmağın yollarını öyrənməlidir” deyə, meəllimlərdən biri Ed Qriner bildirir.

8-ci sinif şagirdi Pola Ventura: “34 yaşım var, boşanmışam və iki uşaq anasıyam” deyə, 8-ci sinif şagirdi Pola bildirir.

Burada hər tələbəyə planşet də verilir ki, onlar ailəyə lazım olan büdcənı hesablaya bilsinlər. Dərs zamanı sürprizlər də olur. “Bizə verilən məbləği səhiyyə xərcləri və sığorta da daxi edilməklə, lazım olan şeylərə xərcləməliyik. Mən heç vaxt anamdan onun pulu necə xərclədiyini soruşmamışdım və bunun nə qədər ağır iş olduğu barədə təsəvvürüm yox idi” deyə. Pola bildirir.

Şagirdlər büdcə, bank hesabları, vergi, kredit və digər xərcvlər barədə məlumatları 14 saat keçdikləri maliyyə dərslərindən sonra öyrənir. Ed Qariner: “Amerika boyu bizim 4 milyon yarım şagirdimiz var. Dünya boyu isə maliyyə dərsləri alan 10 milyon şagirdimiz var.”

Bu dərslər “Capitol One” maliyyə institutunun proqramı əsasında keçirilir. Capital One”-ın işçiləri tədrisə yardım edir. "Capital One"-dan Rayan Smartt: “Biz maliyyə dərslərinin yazıb, oxumaq qədər vacib olduğuna inanırıq. Şagirdlərin gələcəkdə nailiyyət əldə etmələri üçün hesab əsas təhsil komponentlərindən biridir.”

Qazandığınızdan az xərcləmək isə daha yaxşıdır. Bu tədris proqramını yaradanlar uşaqların burada öyrəndiklərini ömrü biyu yadda saxlayacaqlarına ümid edirlər.

XS
SM
MD
LG