Accessibility links

Təbrizli sənətçilər Ankarada bahar şənliyi keçirib


İstanbul Azərbaycan Mədəniyyət Evi baharın gəlişini martın 11-də Ankarada təşkil etdiyi “Təbrizdən Əsintilər” adlı konsertlə qeyd edib.

Nazım Hikmet Kültür və Konqres Mərkəzində keçirilən konsertin orkestr rəhbərliyini, Anadolu xəbər agentliyinə istinadən, Cavad Abrahan həyata keçirib.

Konsertdə Azərbaycanın məşhur mahnılarını ifa edən təbrizli müğənnilər Sevda Sonay, Sonay Ruhi, Sara Əhmədiyan (Koral) və Xosrov Əmirini “Əskişəhər Oda Orkestri” müşayiət edib.

'Təbrizdən Əsintilər' konserti
'Təbrizdən Əsintilər' konserti

Sonay Ruhi, Sara Koral və Xosrov Əmiri keçmişdə Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında basqı və çətinliklərə məruz qaldıqlarını və sənət fəaliyyətlərinə icazə verilmədiyi üçün ölkəni tərk etdiklərini ifadə ediblər.

Sonay Ruhi və Sara Koral müsahibədə İranda qadın sənətçilərin fəaliyyətləri üzərində qadağalar haqqında danışıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG