Accessibility links

Bahadıri ailəsini İranın təhlükəsizlik qüvvələri həbs edib

Ötən günlərdə Təbrizdə bir bəhayi ailəsinin bütün üzvlərinin İranın təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alındığı bildirilir.

Online təlim institutu kimi fəaliyyət göstərən Tavaana saytının yaydığı məlumata görə, 8 Ettelaat məmuru 4 nəfərlik Bahadıri ailəsini iyulun 13-də həbs edib.

Təhlükəsizlik qüvvələri Fərzad Bahadıri, xanımı Simin Rəsuli və qızları Nəsim və Səhər Bahadırini nəzarət altına aldıqdan sonra onların kompüterlərini müsadirə ediblər.

Bahadıri ailəsinin hazırda harada saxlanıldığı bəlli deyil.

Son zamanlar Azərbaycan şəhərlərində yaşayan bəhayi türklərinə qarşı basqıların artdığı bildirilir.

Ötən həftələrdə də 7 urmiyəli bəhayi Urmiyə İnqilab məhkəməsi tərəfindən 3 aydan 3 ilə qədər həbsə məhkum edilib.

XS
SM
MD
LG