Accessibility links

Təbrizli Bəhayi ailəsinə həbs cəzası verilib


Bəhayi Bahadırı ailəsi

Bəhayi Bahadırı ailəsi

Təbrizdə Bəhayi ailəsinin 4 üzvü - Fərzad Bahadırı(ata),Simin Rəsuli(ana) və onların iki qizi Səhər və Nəsimin hər birinə bir il həbs cəzası verilib. Onlarla yanaşı bəhayi icmasının daha iki başqa üzvü - Şəbnəm İsaxanı və Raşin Sabiri də hər biri bir illik həbs cəzasına məhkum edilib.

Öyrənci saytının yazdığına görə, Bahadırı ailəsi və adı çəkilən şəxslər keçən il iyunda iki həftə nəzarətdə saxlandıqdan sonra zaminə buraxılmışdı.

Qeyd olunur kı, Səhər və Nəsim saz mülləməsidilər.

Təbriz kəşfiyyat və təhlükəsizlik məmurları adı çəkilən şəxsləri nəzarətə aldığı zaman onların saz alətləri və şəxsi əşyalarını təftiş edib. Onlar həmçinin kompüter, CD və bir sıra dini kitabları müsadirə ediblər.

XS
SM
MD
LG