Accessibility links

Təbrizdə modellik və musiqi fəaliyyəti göstərən 10 nəfər həbs edilib


Telegram sosial şəbəkəsində yayılan geyim reklam nümunələri

Təbrizin baş prokurorluq müavini modellik və “yeraltı musiqi” fəaliyyətləri ilə məşğul olan 10 nəfər, o cümlədən 4 qadın model, 2 fotoqraf (fotoqrafçı) və 4 müğənninin nəzarət altına alındığını bildirib.

Bu məlumatı yayan İran xəbər agentlikləri tutulanların adlarını açıqlamayıblar.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, prokuror Əhməd Müvəqqəri “qeyri-münasib geyim və kosmetika reklamı ilə əlaqədar nəzarət altına alınan 4 qadın model və 2 kişi fotoqraf haqqında məhkəmə dosyesinin açıldığını” bildirib.

Müvəqqərinin bildirdiyinə görə, nəzarət altına alınanlar hazırladıqları reklamları Telegram kanallarında yayıblar. Telegram İranda ən geniş istifadə edilən ani mesajlaşma sistemdir.

Baş prokuror müavini deyib ki, “Telegramda video, səs və şəkil yayımlamaq xidmətlərinin hamısı bir yerdə istifadəçilərə verildiyi üçün bu kimi ziyanlara səbəb ola bilir.”

Yarı-rəsmi Fars xəbər agentliyi isə “yeraltı musiqi” sahəsində fəaliyyət göstərən 4 müğənninin həbs edildiyi haqda məlumat verib. İranda yasaqlanmış və gizli şəkildə ifa edilib yayımlanan musiqi növlərinə "yeraltı musiqi" deyilir.

XS
SM
MD
LG