Accessibility links

Təbrizdə hotelin pəncərəsindən asılmış vəziyyətdə tapılan şəxs kimdir?


Arslan Azim Oğlu adlı Facebook istifadəçisi iyulun 5-də Təbrizdə Azərbaycan vətəndaşı olduğu güman edilən şəxsin hotelin pəncərəsindən asılmış vəziyyətdə fotosunu yayıb.

Aslan Azim Oğlunun səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, Tәbrizin (İran Azərbaycanı) İmam xiyabanındakı Cahannama hotelinin pәncәrәsindәn asılmış adamı görüb və onun fotosunu çəkib.

“Həmin adam odasının kәnar küçәyә açılan pәncәrәsindәn özünü asmış vә sәhәrә yaxın camaatın polisә xәbәr vermәsi ilә itfailyәdәn (xilasedicilər-red) hadisә yerinә gәlmişlәr”, o yazıb.

Arslan Azim Oğlu hadisə yerində olanların asılmış vəziyyətdə olan insanın Azərbaycan vətəndaşı, Bakıdan olduğunu dediklərini yazıb.

Öz növbəsində, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğu yayılan məlumatı hələ nə təsdiq, nə də təkzib edib.

Azərbaycanın Təbrizdəki baş konsulluğu Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirib:

“KİV və sosial şəbəkələrdə yayılan məlumat tərəfimizdən də nəzarətə götürülüb. Vətəndaşın Azərbaycan Respublikasının vətəndaşı olub-olmadığı, özünü asıb-asmadığı Baş Konsulluq tərəfindən aydınlaşdırılır və İranın Şərqi Azərbaycan Vilayətinin aidiyyatlı orqanlarına sorğu göndərilib”, baş konsulluğun Amerikanın Səsinə cavabında deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG