Accessibility links

Aprelin 10-da Asiya Çempionlar Liqası oyunları çərçivəsində Təbrizdə keçirilən Traktorsazi - Əl-Şəbab (Səudiyyə Ərəbistanı) matçı zamanı Tıraxtur tərəfdarları üzərində ingiliscə “Səid Mətinpuru azad edin!” yazılmış plakat qaldıraraq Tehranın Evin zindanında saxlanılan tanınmış azərbaycanlı jurnalistin sərbəst buraxılmasını tələb ediblər.

Əl-Şəbabın 1-0 hesabı ilə qələbə çaldığı oyunun əsnasında Azərbaycan bayrağının azarkeşlər tərəfindən nümayiş edildiyini bildirən Yurd Net veb səhifəsi həmçinin qeyd edib ki, “stadiondakı pan-İranistin İran bayrağını çıxartma cəhdləri digər tamaşaçıların kəskin etirazına səbəb olub.”

Azərbaycan Türkləri mütəmadi olaraq Tıraxturun matçlarında milli şuarlar səsləndirir, dil hüquqlarını tələb edir, irqçiliyi pisləyir, ekoloji böhranı və qadın haqları, hətta Xocalı qətliamı kimi bir çox məsələlərə diqqəti cəlb edirlər.

İnsan haqları qrupları öz hesabatlarında bu günə qədər yüzlərlə azarkeşin İran təhlükəsizlik orqanları tərəfindən tutulduğunu xəbər veriblər. Xəbər saytları həmin azarkeşlərdən biri olan Məhəmməd Xətibinin dünən aprelin 10-da Təbriz İnqilab Məhkəməsinin I şöbəsində hakim Rəhim Həmlbər tərəfindən mühakimə edildiyini bildiriblər.

Show comments

XS
SM
MD
LG