Accessibility links

Uyğurlara dəstək mitinqində tutulan fəallar Təbriz zindanına göndərilib


Rəsul Rəzəvi və Hüsey Rəxşanikiya

Rəsul Rəzəvi və Hüsey Rəxşanikiya

Fəalların zəmanət qarşılığında müvəqqəti şəkildə sərbəst buraxılmaları gözlənilir

İyulun 10-da İran Azərbaycanında təşkil olan Uyğur türklərinə dəstək mitinqlərinə polis müdaxiləsindən sonra nəzarət altına alınan 4 Təbrizli fəalın Ettelaat həbsxanasından Təbriz Mərkəzi Zindanına köçürüldüyü bildirilir.

Bu haqda məlumat yayan HRA xəbər agentliyinə istinadən, Rəsul Rəzəvi, Hüseyn Rəxşanikiya, Sevindik Lütfi və adı açıqlanmayan başqa bir fəalın müvəqqəti azadlığı üçün 50 milyon tümənlik zəmanət məbləği müəyyən edilib.

Nəzarət altına alınmış fəalların zəmanət müqabilində azad edilməsi adətən onlara qarşı məhkəmə prosesinin başlaya bilməsi deməkdir.

Eyni gündə Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində saxlanılan fəallar İbrahim Nuri və Milad Əzimi isə bir neçə saat sorğu-sual edildikdən sonra sərbəst buraxılmışdılar.

İyulun 10-da İranın bütün vilayətlərində Qüds günü münasibəti ilə İsrailə qarşı keçirilən ənənəvi yürüşlərlə eyni zamanda İran Azərbaycanı mitinqlərində bir qrup türk fəal əllərində plakatlar və Uyğur bayraqları ilə Uyğurlara dəstək, Çin hakimiyyətinin siyasətlərinə isə etirazlarını nümayiş etdirdilər.

XS
SM
MD
LG