Accessibility links

Xamneyinin 22 il öncə Təbrizə səfəri münasibəti ilə qurultay


Qurultayın posteri

Qurultayın posteri

Qurultayda 1993-cü ildə baş verən səfərin "faydaları" dəyərləndiriləcək

Bu gün iyulun 27-də İranın ali ruhani lideri ayətullah Əli Xamneyinin 1993-cü ildə Şərqi Azərbaycan vilayətinə səfərinin ildönümü münasibəti ilə Təbriz Universitetində “Böyük Öndər İmam Xamneyinin Səfərinin İldönümü Ağırlaması” adlı qurultay keçirilib.

Fars xəbər agentliyinin məlumatına görə, Təbriz Universiteti və Sepah tərəfindən təşkil olunan qurultayda “milli birliyin təmin edilməsində böyük öndərin rolu”, “öndərin vilayətə səfərinin faydaları” və onun “böhranları idarəetmə funksiyası” kimi mövzular üzrə məqalələr təqdim olunub.

Qurultay üçün fəaliyyətə başlayan veb səhifədə Təbriz Universitetindən əlavə Azad Universiteti, Tərbiyə Müəllim Universiteti, Payam-e Nur Universiteti, Təbriz Bələdiyyəsi, Televiziya Qurumu və bir neçə digər dövlət orqanının da tədbirə dəstək verildiyi qeyd edilib.

Qurultaya qatılmaq üçün Təbrizə səfər edən ali ruhani liderin ofis rəhbəri ayətullah Məhəmmədi Gülpayeqani dini liderdən “Azərbaycan əhalisinə salam” gətirdiyini bəyan edib.

İRNA və İSNA xəbər agentlikləri də tədbir haqqında ətraflı məlumat yayıblar.

XS
SM
MD
LG