Accessibility links

Şərqi Azərbaycanda həlak olanların sayı 250-ə çatıb, 2000-dən çox yaralı var [Video]


Avqustun 11-də günorta saatlarında Şərqi Azərbaycanın Əhər və Varzagan bölgəsində Rixter cədvəli üzrə 6 və 6.2 bal gücündə zəlzələ olub

İRNA agentliyinin Təbrizdən verdiyi xəbərə görə, İranın Böhranın İdarə Edilməsi Agentliyinin Şərqi Azərbaycan əyaləti üzrə baş direktoru bildirib ki, avqustun 12-də yerli vaxtla saat 12-yə olan ilkin məlumatlara əsasən Əhər və Varzagan şəhərlərində 220 nəfər həlak olub, 2000-dən çox yaralı var.

Varzagan şəhərində bu gün səhərdən xəstəxana işinə başlayıb və yaralıları qəbul edir. Hazırda zərərçəkənlərə yardım aparmaq üçün üç helikopter Təbriz hava limanında gözləyir.

Avqustun 11-də günorta saatlarında Şərqi Azərbaycanın Əhər və Varzagan bölgəsində Rixter cədvəli üzrə 6 və 6.2 bal gücündə zəlzələ olub. O vaxtdan indiyədək fəlakət zonasında 4.8 bal gücünədək 55 yeraltı təkan qeydə alınıb.

XS
SM
MD
LG