Accessibility links

Azərbaycan diplomatı Təbrizdə saxlanan şairlərlə görüşüb


Fərid Hüseyn və Şəhriyar Hacızadə

Fərid Hüseyn və Şəhriyar Hacızadə

Azərbaycan vətəndaşları İrada qayda-qanunu pozmadığını bildirib.

İyulun 26-da Azərbaycanın Təbrizdəki (İran) konsul müavini Nəriman Orucov İranda
həbs olunmuş azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşüb.
Azərbaycan diplomatlarının şairlərin mayın 2-də Təbrizdə həbsindən sonra ilk görüşdür.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bugünkü
brifinqdə bildirib ki, konsul müavini ilə həbs olunanların görüşü Təbriz həbsxanalarından birində baş tutub. Həbs olunanlar deyiblər ki, onları başqa yerdə saxlayırlar və bura konsulluğun nümayəndəsi ilə görüşə görə gətiriblər. Ədiblər həmçinin bildirib ki, həbs olunduqdan
sonra ilk üç həftə onları ayrı, sonra isə bir yerdə saxlayıblar.
“Nədə günahlandırılırsınız?” sualının cavabında ədiblər deyib ki, İrana
“icazəsiz” gəlməkdə ittiham olunurlar. Lakin gənclər bildirib ki, onlar ədəbi festivala
gəlib və geriyə Təbriz vasitəsilə qayıdıb, heç bir qanun-qaydanı pozmayıblar.
Elman Abdullayev deyib ki, Azərbaycan hakimiyyəti öz vətəndaşlarına hüquqi yardım
göstərmək üçün zəruri olan hər şeyi edəcək. O həmçinin qeyd edib ki, bu gün həbs
olunanların qohumları İrana yola düşüb. İyulun 28-də Təbrizdə onların görüşünün
təşkil olunacağı vəd edilib.
Xatırladaq ki, F.Hüseyn və Ş.Hacıyev mayın əvvəlində Tehrandan gələrkən Təbrizdə
oğurlanıb. İran tərəfi bu barədə rəsmi bəyanat verməyib. Lakin İran KİV-nin məlumatına
görə, ədiblər casusluqda ittiham olunur.
Rəsmi Bakı ən yüksək səviyyədə sərt şəkildə öz vətəndaşlarının buraxılmasını tələb edib. Lakin İran KİV-i eyham vurub ki, Azərbaycanda həbs olunmuş iranpərəst fəallar - bir neçə jurnalist
və din xadimi azadlığa buraxılarsa, ədiblər də azadlığa çıxa bilər.
XS
SM
MD
LG