Accessibility links

İranda iki azərbaycanlı fəal tutulub


Həbs
Həbs

ETTELAAT-in Təbriz şöbəsi fəalları evlərində tutub bilinməz istiqamətə aparıb

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan fəallar Hüseyn Əliməhəmmədi və Taha Kirmani tutulub.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları fəalları evlərində tutub bilinməz istiqamətə aparıblar. Hər iki fəalın evində yoxlama aparılıb, onlara məxsus əşyalar götürülüb.

Azərbaycanlı fəalların konkret nədə günahlandırıldığı, hazırda harada saxlandıqları bilinmir.
XS
SM
MD
LG