Accessibility links

Təbrizdə beynəlxalq Qarabağ konfransı keçiriləcək


Dağlıq Qarabağ
Dağlıq Qarabağ

Bir qrup Azöərbaycan vətəndaş cəmiyyəti rəhbəri Təbrizdə səfərdə olub

Azad Qarabağ Uğrunda Alyansına daxil olan təşkilatların rəhbərləri Təbrizə səfərləri və orada keçirdikləri görüşlərlə bağlı mətbuat konfransı keçirib. Bütün görüşlərdə Qarabağın Azərbaycan ərazisi olduğu və döyüşlər başladığı təqdirdə İranın Azərbaycanın torpaqlarının işğaldan azad olunması üçün Azərbaycana yardım edəcəyi diqqət mərkəzində olub.

Alyansa daxil olan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, “Qarabağ Uğrunda” İslami Müqavimət Birliyinin sədri Hacı Rövşən Əhmədli, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov, Vətən Müharibəsi Əlillər Cəmiyyətinin sədri Firudin Məmmədov, Milli Mədəniyyətin Təbliği Cəmiyyətinin sədri Jalə Cəfərova, Əsgər Analarına Dəstək Birliyinin sədri Növrəstə İbrahimova, Qarabağ Müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin sədri Növrəstə Yusibova, “Məşəl” Cəmiyyətinin sədri Alman Abbasov, Mina Qurbanlarına Dəstək Birliyinin sədri Məmmədhəsən Məmmədov, Qarabağ döyüşçüsü Yasəmən Sarıyeva iyunun 25-dən 29-dək Təbriz Universitetinin dəvəti ilə İranda səfərdə olub.

Nümayəndə heyəti səfər zamanı Təbriz Universitetində bu il noyabrın 6-da “Qarabağ məsələsinin hazırkı durumu və islam dünyasının missiyası” mövzusunda islam dövlətlərinin iştirakı ilə keçirəcək beynəlxalq konfransa hazırlıq məqsədi ilə təşkil edilən seminarda iştirak edib. Onlar həmçinin Təbriz Universitetində, Təbriz bələdiyyəsində, Şəhriyarın ev muzeyində, Şəhidlər məzarlığında, Şairlər Kompleksində, Ərdəbildə Şeyx Səfi kompleksində olub. Təbrizdə və Ərdəbildə imam cümələr, bələdiyyə sədrləri və İran parlamentinin deputatları ilə görüşlər keçirib.
Rövşən Əhmədli Azərbaycanla İran əlaqələrinin vətəndaş cəmiyyətləri səviyyəsində yüksək olmasını vacib sayır.

“İranda bütün görüşlərimiz zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi birmənalı vurğulanıb. İran cəmiyyəti Azərbaycan ərazilərinin işğaldan azad olunmasında Azərbaycan xalqına kömək etməyə hazırdır”, o qeyd edib.
Çıxışlarda İranda yaşayan azərbaycanlıların Azərbaycan Respublikasına böyük sevgisinin olduğu bildirilib.

“Görüşlərdə vurğulandı ki, Qarabağın işğalı Azərbaycanla yanaşı, islam dünyasına təcavüzdür”, -deyə QAT sədri Akif Nağı qeyd edib.

İranda döyüşçülərə, müharibə əlillərinə, şəhidlərə dövlətin və cəmiyyətin böyük ehtiramı var.

“İranda döyüşçülərə dövlət böyük güzəştlər verib, cəmiyyət onların xidmətində durub. Azərbaycanda isə diri qalan biz “müharibə şəhidləri” ilə bağlı yaxşı qanunvericilik var, amma qanunlar icra edilmir. Məmurlar müharibə veteranlarına, əlillərə hörmət etmir”, Qarabağ Müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin sədri Növrəstə Yusibova qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG