Accessibility links

Təbrizdə 19 restoran bağlanıb, 62 nəfər həbs edilib


Təbriz
Təbriz

Bu restoranlara kişilərlə yanaşı, qadınlar da gedir, başları açıq şəkildə qəlyan çəkir, oğlanların diqqətini cəlb edir

“Təbriz polisi şəriət qaydalarını pozan obyektləri aşkar etmək üçün 75 restoranda reyd keçirib”. APA agentliyinin məlumatına görə, bu barədə Təbriz Şəhər Polis İdarəsinin ictimai iaşə obyektlərinə nəzarət şöbəsinin rəisi Əlirza Hünərdust açıqlama verib.

O bildirib ki, reyd nəticəsində 19 restoran bağlanıb.

“Əməliyyat nəticəsində fəaliyyəti dayandırılan restoranlarda şəriət qaydalarının pozulduğunu aşkar etdik. Həmin obyektlər müştərilərə gənclərin çox maraq göstərdiyi qəlyanlar təklif edirlər. Ora kişilərlə yanaşı, qadınlar da gedir və başları açıq şəkildə qəlyan çəkərək, oğlanların diqqətini cəlb edirlər. Şəriət qaydalarına əməl edilmədiyi üçün 19 restoranın qapısına möhür vuruldu, reyd zamanı həbs edilən 62 nəfər isə polis idarəsinə təhvil verildi. İstintaq bitəndən sonra onların məhkəməsi keçiriləcək”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG