Accessibility links

İranda həbs edilmiş Azərbaycan şairlərinin məhkəməsi olacaq


Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə

Məhkəmə avqustun 7-nə təyin edilib. İran azərbaycanlı ədibləri sərhədi qanunsuz keçməkdə ittiham edir. Ədiblər dəvət ilə İranda festivalda iştirak üçün getdiklərini və İranın vizanı birtərəfli qaydada ləğv etdiyini bildirir.

İranda həbs edilmiş azərbaycanlı ədiblər Fərid Hüseynlə Şəhriyar Hacızadənin iyulun
28-də Təbrizin mərkəzi həbsxanasında doğmaları ilə görüşü olub. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib ki, görüşdə Azərbaycanın konsul müavini Nəriman Orucəliyev də iştirak edib. N.Orucəliyevin iki gün öncə şairlərlə ilk görüşü olub.
Cənab Abdullayev Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna istinadən bildirib ki, gənclərin məhkəməsi avqustun 7-nə təyin edilib. Bundan əvvəl gənclər konsul müavininə bildiriblər ki, onları sərhədi qanunsuz keçməkdə günahlandırırlar. Halbuki, onlar xüsusi dəvətlə ədəbi festivala gəlib.
Xatırladaq ki, F.Hüseyn və Ş.Hacıyev mayın əvvəlində Tehrandan gələrkən Təbrizdə oğurlanıb. İran tərəfi bu barədə rəsmi bəyanat verməyib. Lakin İran KİV-nin məlumatına görə, ədiblər casusluqda ittiham olunur.
Rəsmi Bakı ən yüksək səviyyədə sərt şəkildə öz vətəndaşlarının buraxılmasını tələb edib. Lakin, İran KİV-i eyham vurub ki, Azərbaycanda həbs olunmuş iranpərəst fəallar - bir neçə jurnalist və din xadimi azadlığa buraxılarsa, ədiblər də azadlığa çıxa bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG